Millətlər Liqasının V turunda keçirilən Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb.

Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, "Stad De Frans"da baş tutan qarşılaşmanı 20 min azarkeş izləyib.

Bu say antirekord kimi tarixə düşüb. Buna qədər ən pis nəticə 2003-cü ildə baş tutan Fransa - Yeni Zelandiya oyununda qeydə alınmışdı. Həmin vaxt görüşü təxminən 37 min nəfər izləmişdi.

Qeyd edək ki, Fransa - İsrail matçı 0:0 hesabı ilə yekunlaşıb.

.