Fransa Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını vacib hesab edir.

Yenizaman report-a istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri (XİN) Jan-Noel Barro İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionu Avropa üçün vacib kommunikasiya qovşağıdır.

“Bu baxımdan Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasını vacib hesab edirik”, - XİN başçısı əlavə edib.

.