Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta Ukraynaya səfər ediblər.

Bu barədə onlar "X" sosial şəbəkəsindəki hesablarında paylaşım ediblər.

Aİ nümayəndələrinin sözlərinə görə, səfər Rusiya ilə Ukrayna arasında müharibənin başlamasının dördüncü ildönümünə təsadüf edir.

A.Koşta və Ursula fon der Lyayen öz paylaşımlarında Avropanın Ukraynaya dəstəyi bundan sonra da davam etdirmək niyyətində olduğunu vurğulayıblar.

.