ABŞ prezidenti Co Bayden Finlandiya və İsveçin NATO üzvlüyünə dair protokolu Senata göndərib.

Bu barədə Ağ evin mətbuat xidməti məlumat verib.

Dövlət başçısının yolladığı məktubda 2 ölkənin Şimali Atlantika Alyansına üzvlüyünə icazə verməsi üçün senatın icazəsi istənilir.

ABŞ rəhbəri bildirib ki, qlobal şərait nəzərə alınaraq ratifikasiya prosesi sürətlənməlidir.

.