“Finlandiya xalqı terrorla mübarizədə daha sərt olmaq lazım olduğunu anlayır”.

Bu barədə Finlandiya Prezidenti Sauli Niinistö Türkiyənin NTV kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Finlandiya YPG və ya digər təşkilatlara yardım göstərməyib və bundan sonra da göstərməyəcək.

Ölkəsi sadəcə beynəlxalq təşkilatlar vasitəsi ilə kürd xalqına, peyvəndlər də daxil olmaqla, humanitar yardım göndərib və bu yardımları etməyə davam edəcək.

Niinistö əlavə edib ki, üç ölkə tərəfində imzalanan anlaşmaya əsasən yaradılacaq mexanizmə digər ölkələrində dəvət olunmasını istəyir. Onun sözlərinə görə, Finlandiya terroru və Türkiyədə yaşanan terror aktlarını son dərəcə ciddiyə alır.

.