Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandası ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) mümkün qədər tez çıxmasını təmin etmək imkanını nəzərdən keçirir.

Bu barədə Financial Times yazıb.

"Tramp komandasının üzvləri ekspertlərə bildirib ki, Amerikanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi günü, yanvarın 20-də bu qlobal səhiyyə strukturunu tərk etmək niyyətlərini elan etmək niyyətindədirlər” – nəşrdə qeyd olunub.

“Trampın administrasiyasında ÜST-ə etibar etməyən bir çox insan var. Onlar yeni administrasiyanın ilk günündə təşkilatı tərk etdiklərini göstərmək istəyirlər” - bu barədə Ağ Evin COVID-19 pandemiyası ilə mübarizə üzrə keçmiş koordinatoru Aşiş Jha bildirib.

O qeyd edib ki, Trampın digər tərəfdaşları ÜST-də islahatlar tələbi ilə məhdudlaşmağı təklif ediblər, lakin sonda təşkilatla əlaqələri kəsməyi tələb edən qrup qalib gəlib.

.