FIFA daha 225 futbolçunun kompensasiya müraciətini müsbət qarşılayıb.
FIFPRO ilə birgə yaradılan FIFA-nın Futbolçular Fondunun (FIFA FFP) üçüncü mərhələsində 4 milyon dollar ödəniş olacaq.
Fond 2021-ci il ərzində maaş almayan, klubları ilə razılaşdırılmış məvacibi lazımi qaydada almaq imkanı olmayan futbolçulara bu formada dəstək nümayiş etdirib. 225 oyunçu 28 müxtəlif ölkədəndir. Həmin ölkələr arasında Azərbaycan yoxdur.
Qeyd edək ki, fondun ümumi büdcəsi 16 milyon dollar təşkil edir. İlk iki mərhələdə ümumilikdə 8 milyon dollar xərclənib. 2022-ci ili əhatə edən dördüncü mərhələ üçün isə daha 4 milyon dollar ayrılıb.
.