FIFA agenti lisenziyası almaq istəyən şəxslər üçün AFFA-nın təşkil etdiyi imtahana əcnəbi vətəndaş da qatılıb.
Bu barədə milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
O, bunun qurum tərəfindən ödənişsiz baş tutduğunu və imtahanda ümumilikdə 28 nəfərin iştirak etidiyini diqqətə çatdıırıb: "Bütün cavablar FIFA-ya göndərilib. Qurum bir müddət sonra nəticələri açıqlayacaq".
Federasiya rəsmisi yerlilərlə yanaşı, Böyük Britaniya vətəndaşının da imtahanda yer aldığını söyləyib.
Qeyd edək ki, uğurlu nəticə əldə edənlər ali futbol qurumunun nəzərdə tutduğu lisenziya rüsumunu ödəyərək, FIFA agenti kimi fəaliyyət göstərə biləcəklər.
.