Türkiyə xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq yönündə səylər müzakirə edilib.

Bundan əlavə, iyunun 24-25-də Niderlandın paytaxtı Haaqada keçiriləcək NATO Zirvə toplantısına hazırlıq da müzakirə olunub.

.