Xətai rayonundakı yanğın boya sexindəki çənlər, qatqı maddələri və plastik qablarda baş verib.
Bunu hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün saat 13:32-də FHN-in 112 telefon qaynar xəttinə Süleyman Əhmədov küçəsində boya sexində yanğın baş verməsi barədə məlumat daxil olub: "Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidməti, eləcə də Xüsusi Xilasetmə Qüvvələri cəlb olunub. Təxmini 3500 kvadratmetr ərazidə boya çənləri, qatqı maddələri, həmçinin plastik qablarda yanğın hadisəsi baş verib. Yanğın qısa zamanda məhdudlaşdırılıb".
Qeyd olunub ki, hadisə yerinə 12 yanğınsöndürən texnika cəlb olunub.
.