Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən tədbirlər görülür. Həmçinin FHN-in avisasiya dəstəsinin helikopterləri də ərazidə fəaliyyət göstərir.

.