Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 26 dekabr 2023-cü il tarixdə batdığı ehtimal olunan azyaşlının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışları aparılır.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq qurum tərəfindən kanalda suyun səviyyəsi aşağı salınmaqla hazırda FHN-in dalğıc-xilasediciləri kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.

 

 

.