
Fövqəladə Hallar Nazirliyi tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə FHN-dən məlumat verilib
Tədbirdə fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev və Nazirliyin məsul əməkdaşları, FHN Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak edib.
Tədbir iştirakçıları, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan nazir müavini general-mayor Adil Abdullayev Ermənistan silahı qüvvələrinin genişmiqyaslı hərbi təxribat törətməsinə cavaba olaraq başlayan, cəmi 44 gün davam edən və tarixi Zəfərlə sona çatan İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın qüdrətli Ordusunun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. Nazir müavini bildirib ki, çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi xalqımızın və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan öz gücü hesabına Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illərdən bəri icrasız qalmış qətnamələrinin yerinə yetirilməsinə nail oldu və ədaləti bərpa etdi. Silahlı Qüvvələrimizin uğurla həyata keçirdiyi və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu.
Nazir müavini Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsini xatırladaraq, bunun qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu vurğulayıb.
Tədbirdə digər çıxış edənlər – Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Emil Məmmədov, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili-xidmət kapitanı Əlibala Əlizadə, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri Mətanət Qəhrəmanova və FHN Akademiyasının kursantı Ruslan Cəbiyev Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən qürur hissilə danışıblar. Qazanılan Böyük Zəfərin əhəmiyyətinə toxunan natiqlər torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək, canını Vətən uğrunda qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Sonda Anım Gününə həsr olunmuş videoçarx nümayiş ol
.