Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Azər Səricanov ömürlük azadlıqdan məhrum edilib. Cəzasını həbsxanada çəkməsi ilə bağlı qərar verilib.

Rəşad Əhmədov 19 il müddətində azadlıqdan məhrum edilib. Cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə hökm edilib.

Səbuhi Şirinov 20 il müddətində azadlıqdan məhrum edilib. Cəzasının ilk 10 ilini həbsxanada, qalam hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Elşad Əsgərov 18 il müddətində azadlıqdan məhrum edilib. Cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Emin Əliyarov 4 il müddətində məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

.