Estoniyada Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsi təsdiqlənib.

Yenizaman ERR-ə istinadən xəbər verir ki, qanun layihəsini Estoniya Prezidenti Alar Karis imzalayıb.

Xatırladaq ki, Estoniya parlamenti mayın ortalarında Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə və Ukraynanın müharibə səylərini və yenidən qurulmasını maliyyələşdirmək üçün istifadə edilməsinə icazə verən qanunu qəbul edib.

.