Rəsmi İrəvan aprelin 7-8-də Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargahlar rəisləri Komitəsinin iclasında Ermənistanı təmsil edəcək vəzifəli şəxsin adını dəqiqləşdirib.
APA-nın «Armenia Today» saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, Komitənin Azərbaycanda keçiriləcək toplantısında Ermənistanı Silahlı Qüvvələrin Moskvadakı nümayəndəsi təmsil edəcək.
Qeyd edək ki, bundan öncə tədbirdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Yuri Xaçaturovun iştirak edəcəyi bildirilmişdi.
***
Ermənistan aprelin 7-8-də Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargahlar rəisləri Komitəsinin iclasında iştirak edəcək.
APA-nın «Armenia Today» saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, Komitənin Bakı toplantısında Ermənistanı Silahlı Qüvvələr Baş Qərargahının rəisi, general-polkovnik Yuri Xaçaturov təmsil edəcək.
.
