İyulun 1-də Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş olacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu, xüsusi nümayəndələrin sayca dördüncü görüşü olacaq.

.