Bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Bu barədə Təhlükəsizlik Şurasının Ofisindən bildirilib.
Təhlükəsizlik Şurasının üzvlərindən başqa, iclasda Prezident Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyan da iştirak edib.
İclasda Ermənistan ordusunda islahatlar, Ermənistana qarşı istifadə edilən hibrid təhdidlərə qarşı mübarizə tədbirləri və digər məsələlər müzakirə olunub.
.
