Dekabrın 29-da Ermənistan diversiya qrupu təmas xəttini keçməyə cəhd ediblər.
AzNews.az xəbər verir ki, düşmən tərəfinin kəşfiyyat-diversiya qrupunun qarşısı uğurla alınıb. Azərbaycan Silahlı Qüvvələrinin sayıqlığı nəticəsində düşmən tərəfi ağır itkilər verərək geri qayıdıb.
Ermənistan müdafiə nazirinin mətbuat katibi Arstrun Ovanisyanın verdiyi məlumata görə, erməni tərəfinin 3 hərbçisi öldürülüb. Onlardan 2-si təcili xidmətin əsgərləri, 1-i isə zabitdir.
12:42
***
Ermənistan kəşfiyyat-diversiya qrupundan ölənlərin adları açıqlanıb.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin sayıqlığı nəticəsində erməni baş leytenant Şavarş Melikyan, sıravi əsgərlər Edqar Narayan və Erik Aboyan məhv edilib.
