Ermənilər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan BMT-yə şikayət ediblər.
Yenizaman.az azvision.az-a istinadən xəbər verir ki, ermənilər beynəlxalq ictimaiyyəti Ərdoğanı türk və azərbaycanlı mücahidlərin Suriya ilə sərhəddə yerləşən Kessab qəsəbəsinə etdiyi hücumlara görə qınamağa çağırıb.
Müraciətdə qeyd edilir ki, Ərdoğan hökuməti Kessab qəsəbəsinə Suriyadakı mücahidlərlə birgə hücumlar təşkil edir.
Müraciətdə bildirilir ki, BMT R.T.Ərdoğanın bu hərəkətini qınamalı və Kessab əhalisini müdafiə etməlidir.
.