Ukrayna limanlarından taxılın çıxarılması üçün planlaşdırılan "dördlü sammit"in tarixinin bəlli olması hadisələrin gedişatından asılıdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə baş tutacaq sammitinə yola düşmədən öncə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bəzi hadisələr üstü örtülü davam etsə də, digərləri açıq-aydındır. Türkiyə isə addımlarını bu proseslərə uyğun olaraq atacaq.

.