
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni konstitusiyasının hazırlanması prosesinin başladığını açıqlayıb.
Bu barədə, o, partiyasının toplantısında çıxışı zamanı bildirib.
Ərdoğan Türkiyənin hazırkı konstitusiya ilə vidalaşmasının zəruriliyini vurğulayıb: “Cümhur İttifaqı olaraq bu dəfə TBMM-dəki digər siyasi partiyaların da töhfələri ilə ümumi dil tapacağımıza ümid edirik”.
.