
Türkiyə İsrailin İrana hücumlarının dayandırılması üçün əlindən gələni edir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) TBMM qrup toplantısında danışıb.
O qeyd edib ki, Türkiyə bu istiqamətdə səy göstərməyə davam edəcək:
“İsrailin İrana hücumunu yaxından izləyirik. Bu hücumların Türkiyəyə təsirləri mövzusunda bütün qurumlarımız çalışır, lazımi hazırlıqlarını görüblər. Biz dünyanın ən güclü ölkələrindən birini - Türkiyə Cümhuriyyətini idarə edirik".
.