Türkiyə İran və Birləşmiş Ştatlar arasında fikir ayrılıqlarının həllində vasitəçi rolunu öz öhdəsinə götürməyə hazırdır.
Bunu "Asharq Al-Awsat" qəzetinə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Biz bütün platformalarda İrana qarşı hər hansı hərbi addımların qəbuledilməzliyini ifadə etmişik", - o qeyd edib.
Türkiyə Prezidenti fevralın 3-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. O, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.
.
