
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin bitməli olduğunu bildirib.
Bu barədə, o, Hollandiya səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, “region artıq bu müharibəyə dözə bilməz. Bölgədə ədalətli və davamlı sülh qurulmalıdır”.
Ərdoğan, həmçinin, ABŞ Prezidenti Donald Trampla Qəzzada atəşkəs məsələsini də müzakirə etdiyini vurğulayıb.
.