
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Danışıq zamanı İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub.
Ərdoğan Türkiyənin İran-İsrail münasibətlərindəki gərginliyi yaxından izlədiyini və Türkiyənin başlanmış nüvə danışıqlarını münaqişənin həllinin yeganə yolu kimi gördüyünü bildirib.
.