Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriyaya 300 hərbçinin göndərilməsi ilə bağlı yayılan informasiyanı rəsmən təsdiqləyib. Baş nazir Ərdoğan deyib ki, əsgərlərin Suriyaya göndərilməsi Süleyman şah türbəsinin qorunması xarakteri daşıyır.
Qeyd edək ki, Süleyman Şah türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndi sərhədləri içərisində olan və Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə torpaq ərazisidir. Türbədə Osmanlı İmperiyasının qurucusu və ilk padşahı Osman Qazinin babası və Ərtoğrul Qazinin atası olan Süleyman Şahın qəbri yerləşir.
.
