“İlk imdadımıza çatanlardan biri can Azərbaycan idi”.

Bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Azərbaycan xalqının dəstəyini heç zaman unutmayacaqlar: “Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyevanın dəstəyinin ürəyimizdə ayrı bir yeri var. Bu məhəllə yenidən qurulub. Bu, insanlarımız üçün hüzurlu bir yurd olacaq. 2778 ev, mağaza və ofis tikintisi sürətlə davam edir, bunların yarısı tamamlanıb. Bu ilin sonuna qədər qalan qisim də tikilərək istifadəyə veriləcək. Prezident İlham Əliyevin bizə uzanan yardım əli Kahramanmaraşa qardaşlıq möhürünü vurub”.

Türkiyə və Azərbaycan arasında tale birliyinin nümunələrindən biri “Azərbaycan” məhəlləsidir

Azərbaycan Prezidenti İlham Əliyevə ikinci evlərinə “xoş gəldiniz” deyirəm.

Bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, bir millət, iki dövlətik və bu gün bunun bir daha təsdiqini görürük: “İlham Əliyev və heyətinə kahramanmaraşlılar adından təşəkkür edirəm. Türkiyə və Azərbaycan arasında tale birliyinin nümunələrindən biri açılışını etdiyimiz bu məhəllədir”.

“Azərbaycan” məhəlləsi bizim ən dəyərli layihələrimizdən biridir

“Zəlzələnin ilk anından inamımızı heç itirmədik, bir gün belə ümidsizliyə qapılmadıq. Bu çətin dönəmdə ölkəmizin imdadına ilk qaçan can Azərbaycandır”.

APA-nın Kahramanmaraşa ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində deyib.

“Səninləyəm Türkiyəm” deyən, avtomobilinin damına yardımları yığan, acımızı paylaşan Azərbaycan xalqının dayanışmasını heç vaxt unuda bilmərik və unutmayacağıq. “Azərbaycan” məhəlləmiz bizim ən dəyərli layihələrimizdən biridir, qürur tablomuzdur. Bu məhəllə Azərbaycanın dəstəyilə yenidən dirçəlir”, - Türkiyə Prezidenti vurğulayıb.

.