Terror hücumları ilə millətimizi bölmək dövrü bitib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sabiha Gökçen hava limanında yeni uçuş-enmə zolağının açılışında çıxışı zamanı deyib.

O bildirib ki, terrorçular daha Türkiyə xalqı arasında nifaq toxumu səpə bilməycək.

R.T.Ərdoğan terrorla mübarizənin davam edəcəyini söyləyib: “Terrorla bizi məğlub edə bilməyəcəklər. Bütün cəhdlərə baxmayaraq, kimsə bizim yolumuzu kəsə bilməyib. Türkiyə yüz ilinin qarşısını da ala bilməyəcəklər. Uduzacaqlar”.

Türkiyə lideri vurğulayıb ki, terrorçuları dəstəkləyənlərə imkan yaradılmayacaq.

.