Türkiyə, İsveç və Finlandiya arasında imzalanan memorandumu Türkiyənin həssaslığına anlayış kimi görürük.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid Sammitindən sonra mətbuat konfransı zaman deyib.
O qeyd edib ki, bu, Türkiyənin diplomatik qələbəsidir.
Ərdoğanın sözlərinə görə, verilən vədlərin yerinə yetirilməsi vacib məsələdir və Türkiyə də addımlarını buna uyğun atacaq.
Türkiyə Prezidenti: “Yeni konsepsiyadakı terrorla mübarizə kağızda qalmamalıdır”
NATO-nun yeni qəbul edilmiş strateji konsepsiyasında yer alan terrorla mübarizə kağızda qalmamalıdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid Sammitindən sonra mətbuat konfransı zaman deyib.
O qeyd edib ki, terrorla mübarizə sadəcə Türkiyənin məsələsi deyil və bu gün Türkiyəyə qarşı istifadə olunan silahlar sabah alyansın digər üzvlərinə qarşı da istifadə oluna bilər.
.
