Azərbaycan işğal altındakı torpaqlarını azad edir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseridə keçirilən VII fövqəladə konqresində çıxışı zamanı bildirib.

“Azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlarını azad etmək üçün hərəkətdədirlər”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Türkiyə Prezidenti: “Azərbaycanın əks-həmlə əməliyyatına hər cür dəstək verməyə davam edəcəyik”

“Bir millət, iki dövlət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əks-həmlə əməliyyatına hər cür dəstək verməyə davam edəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseridə keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

Türkiyə Prezidenti fransız həmkarı Emmanuel Makronun islam dini və müsəlmanlar haqda fikirlərinə də münasibət bildirib.

“Makronun islam dini və müsəlmanlarla dərdi nədir? Makronun zehni müalicəyə ehtiyacı var. İki dəqiqədən bir Ərdoğana toxunur. Bu sənə heç nə qazandırmaz. Azərbaycandakı fəlakətlərin, işğalların arxasında bunlar dayanır”, - deyə Ərdoğan qeyd edib.

Ərdoğan: “İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq”

“ATƏT-in Minsk Qrupunun həmsədrləri, bu günə qədər nə etdiniz? Azərbaycan torpaqlarını işğaldan azad etdiniz? Xeyr! Ermənilərə silah göndərib, bununla bölgəyə sülh gətirəcəyinizi zənn edirsiniz”.  

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseridə keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

“İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq. Azərbaycan torpaqlarının işğalına, baş verən müsibətlərə kor, kar qalanlar bu gün atəşkəs çağırışı edirlər, bu, tam bir riyakarlıqdır”, - deyə Ərdoğan vurğulayıb.

.