Laçında üçüncü hava limanının inşası Azərbaycanın mövqeyini daha da gücləndirib.

Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Füzulidən sonra Laçında açılan hava limanı və burada həyata keçiriləcək tədbirlərlə inşallah, Azərbaycan geniş üfüqə baxmış olacaq. Azərbaycan üçün xeyirli olsun”, – deyə Türkiyə Prezidenti qeyd edib.

.