30 il fasilədən sonra əsarətdən qurtulan Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazmaq vaxtıdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Türkiyə Prezidenti bildirib ki, bu gün keçmişdə yaşadığımız acılardan dərs çıxararaq davamlı sülhün təsisi və yaxşı qonşuluq əlaqələrinin qurulmasını hədəfləyirik: ”Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq”.

.