Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-li həmkarı Co Baydenlə görüşəcək.

Görüş Litvada keçiriləcək NATO Sammiti çərçivəsində baş tutacaq.

Görüşün Bakı vaxtı ilə saat 19:00-da başlayacağı bildirilir.

Türkiyə və ABŞ liderləri Ukraynadakı müharibəni, İsveçin Şimali Atlantika Alyansına üzvlüyü və Türkiyəyə F-16 təyyarələrinin tədarükü ilə bağlı məsələlərini müzakirə edəcəklər.

.