Fransanın Baş naziri Sebastyan Lekornyu kütləvi iğtişaşlar fonunda zərurət yaranarsa, ölkədə fövqəladə vəziyyətin tətbiqini istisna etməyib.
O, bu barədə jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib.
Bununla yanaşı, o qeyd edib ki, hazırda vəziyyətin nizamlanması üçün digər tədbirləri daha uyğun hesab edir.
"Əgər faydalı olarsa, mən bunu edəcəyəm. Fövqəladə vəziyyət siyasi alət deyil. Bu, o cümlədən onun icrası baxımından da ciddi məsələdir. Hazırkı məqamda komendant saatının tətbiqi mənə yaranmış vəziyyət üçün daha uyğun gəlir", - o qeyd edib.
Brifinq zamanı daxili işlər naziri Loran Nunyes bildirib ki, gözlənilən etiraz aksiyaları ilə əlaqədar bu həftəsonu polis və jandarm qüvvələri gücləndiriləcək: "Bu axşamdan etibarən bir sıra tədbirlər tətbiq ediləcək".
.
