ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Ukrayna NATO-ya üzv olmamalıdır.

Vens bunu “2Way” portalına müsahibəsində deyib.

“ABŞ-ın Ukrayna ilə rəsmi müttəfiqlik əlaqəsi yoxdur. Onlar NATO-da deyillər. Mən düşünürəm ki, onlar NATO-da olmamalıdılar”, – Vens bildirib.

O qeyd edib ki, ABŞ Kiyevlə bəzi məsələlər üzrə əməkdaşlıq edir, lakin iki ölkənin maraqlarının üst-üstə düşmədiyi məsələlər də var.

.