Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO sammiti çərçivəsində ABŞ lideri Co Bayden ilə bu ölkənin Suriyada terrorçulara göstərdiyi hərbi və maddi dəstəyi müzakirə edəcək.

Bunu o, NATO-nun sammitə yola düşmədən öncə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu mövzuya həmkarı ilə bu gün apardığı telefon danışığı zamanı da toxunub.

Ərdoğanın sözlərinə görə, ABŞ-ın Suriyadakı terrorçulara göndərdiyi silahlar Türkiyəyə qarşı istifadə edilir.

.