İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı misli görünməmiş miqyasda iqtisadi müharibə elan etməsinə reaksiya verib.

Əraqçi bu barədə “X” hesabında yazıb.

O, ABŞ-ın dövlət borcunun 40 trilyon dollara çatmasına işarə edərək, Trampın elan etdiyi iqtisadi müharibənin diqqəti Vaşinqtonun düşdüyü maliyyə böhranından yayındırmaq cəhdi olduğunu bildirib.

“Dırnaq arası İqtisadi D-Günü əməliyyatı ABŞ-ın öz böhranından - misli görünməmiş borcdan və yüksələn faiz xərclərindən diqqəti yayındırmaq cəhdidir. Nəticə verməmiş siyasəti yenidən həyata keçirmək daha çox məğlubiyyətə və İran xalqının nifrətinə səbəb olacaq. ABŞ-ın iqtisadi terrorizmi qlobal iqtisadiyyatı və suverenliyi təhdid edir”, - Əraqçi vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti İrana qarşı “indiyə qədər ən güclü” iqtisadi müharibə elan edib.

.