İran xarici işlər naziri Abbas Əraqçi İstanbulda Səudiyyə Ərəbistanı, İraq və Qətərin XİN başçıları - Feysal bin Fərhan əl Səud, Abdurrəhman Əl Tani və Fuad Məhəmməd Hüseyn ilə məsləhətləşmələr aparıb.

“Tasnim” agentliyi verdiyi məlumata görə, görüş şənbə günü İslam Əməkdaşlıq Təşkilatının XİN başçılarının görüşü çərçivəsində keçirilib.

Bildirilib ki, görüşlər zamanı regional hadisələr, həmçinin İsrailin İran ərazisinə zərbələri müzakirə olunub.

.