Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Azərbaycan ordusu tərəfindən Ağdamın azad olunmasından sonra Ağdamdan geriyə nəyin qaldığını görə bildiniz.

Bu barədə Azərbaycan Prezidentinin Ağdam şəhərindəki xüsusi nümayəndəsi Emin Hüseynov Türk Şurasına üzv ölkələrin jurnalistlərinin işğaldan azad edilmiş ərazilərə səfəri çərçivəsində çıxışı zamanı danışıb.

“Azərbaycan Prezidenti ilk dəfə keçən il noyabrın 23-də müharibənin başa çatmasından bir neçə gün sonra Ağdam şəhərini ziyarət edib. Şəhər dağıdılıb, işğalçılar onu praktiki olaraq yerlə yeksan ediblər, müsəlman ziyarətgahlarını təhqir ediblər... Ermənilər bu ərazilərdə yaşamayıblar, ancaq onları dağıdıblar. Dağıntıların miqyası heyrətləndirməyə bilmir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu ərazilərin bərpası Azərbaycanın qarşısında görüləcək çox işlər dayanır.

“Biz bütün müvafiq, həm yerli, həm də beynəlxalq strukturlarla sıx əməkdaşlıq edirik. Yaranan bütün problemləri tənzimləyən xüsusi bir koordinasiya qərargahı formalaşdırılıb. Qərargahın daxilində təxminən 10 işçi qrupu fəaliyyət göstərir. Biz Azərbaycan Prezidentinin də dediyi kimi bu əraziləri cənnətə çevirəcəyik”, - deyə o bildirib.

Respublika Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, Ağdam ölkənin ən qabaqcıl şəhərlərindən birinə çevriləcək. Əhalisinin sayı 100 min nəfər olacaq. Beləliklə, şəhər ölkədə əhalinin sayına görə dördüncü şəhərə çevriləcək.

“Bura ağıllı, yaşıl şəhər olacaq. Ağdam günəşli şəhərdir və gələcəkdə biz bundan alternativ enerji mənbəyi kimi istifadə etmək istəyirik”, - deyə o qeyd edib.

Emin Hüseynov bildirib ki, Ağdam Qarabağ iqtisadi zonasına daxildir.

“Biz sadəcə şəhəri bərpa etmək deyil, həm də onun sənaye əhəmiyyətini bərpa etmək, həmvətənlərimizin doğma torpaqlarına qayıda bilməsi və burada rifah içində yaşaması üçün bütün şəraiti yaratmaq istəyirik”, - deyə bildirib.  

Onun sözlərinə görə, bu istiqamətdə şəhərə xarici investorların gəlməsi faydalı olacaq.

bu istiqamətdə buraya xarici investorların cəlb olunması və əlverişli mühit tapması faydalı olacaqdır.
“Dost ölkələrin dəstəyi bizim üçün çox vacibdir və biz onlar üçün hər şəraiti yaradacağıq”, - deyə o vurğulayıb.

.