Elnur Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Yenizaman.az prezidentin rəsmi saytına istinadən bildirir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.
Qeyd edək ki, deputat Rəbiyyət Aslanovanın oğlu E.Aslanovun adı son vaxtlar Ərdoğan-Gülən savaşı fonunda hallanır. Onun da nurçular şəbəkəsinə sıx bağlı olduğu deyilir.
Aslanov Elnur Kazım oğlu 15 yanvar 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini və "Azərbaycan” Universitetini bitirib.
1997-2001-ci illərdə YAP Mərkəzi Aparatının beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsində təlimatçı, baş referent, 2001-2005-ci illərdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin informasiya işinin təşkili və analitik təhlil sektorunda referent, böyük məsləhətçi, 2005-2007-ci illərdə isə Prezidentin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləyib. Prezidentin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilmişdi.
.
