"Azərbaycan özünü geniş Şərqin bir hissəsi kimi görür və burada baş verən hadisələr bütün dünyaya təsir edir”.
Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq" adlı panel müzakirəsi zamanı çıxışında deyib.
Nazir bildirib ki, xüsusilə Sovet İttifaqının dağılmasından sonra dünyada mühüm dəyişikliklər baş verib: "Bu dəyişikliklər hansısa formada bizə də təsir etdi, ölkəmizin bir hissəsi işğal olundu, 1 milyondan çox qaçqınımız, köçkünümüz yarandı, xalqımız etnik təmizləməyə məruz qaldı. Bu münaqişənin həlli başqa mövzudur. Bunun həll yolları var. Biz yeni dünyanın quruluşunun zəminlərini yaratmalıyıq. BMT islahatlara məruz qalmalıdır. Əgər biz gələcəyin inkişafını proqnozlaşdırdığımız kimi görmək istəyiriksə, buna uyğun fəaliyyət göstərməliyik”.
BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur”.
Bunu da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, bunlarla yanaşı, 5783 saylı qətnamə də var.
"Bu, əlavə qətnamədir və orada işğalçı qüvvələrin çıxarılmasının cədvəli var. Bu qətnamələrin icrasına heç bir ölkə yardım göstərməyib. 24 ildir, vəziyyət olduğu kimi qalıb”, - deyə nazir əlavə edib.
