Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd olunub ki, bu dövrdə Nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb. 

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

.