Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlarının siyahısında dəyişiklik olunub.

 Prezident İlham Əliyev iyunun 4-də bununla bağlı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmana dəyişiklik edib.

Belə ki, Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilib. Bundan sonra qurumun səlahiyyətlərini nazirliyin özü icra edəcək.

.