Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı Əbu-Dabidə danışıqlarının ikinci mərhələsinin 4-5 fevral tarixlərində baş tutacağını təsdiqləyib.
Kremlin sözçüsü Əbu-Dabi danışıqlarında Rusiya nümayəndə heyətinin tərkibinin dəyişməz qaldığını, nümayəndə heyətinə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukovun rəhbərlik edəcəyini vurğulayıb.
Qeyd edək ki, Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarının ikinci raundu fevralın 1-də keçirilməli idi. Lakin görüşün vaxtı sonradan fevralın 4-5-nə keçirilib.
.
