Türkiyədə "17 dekabr- rüşvət əməliyyatları" zamanı tutulub bir müddət həbs yatdıqdan sonra buraxılan Cənubi Azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-da həbs olunub.

Mayamidə hakim Riçard Bermanın sədrliyi ilə keçən məhkəmədə Rza və digər iki nəfər üçün ABŞ hökümətini aldatmaq ittihamı ilə 5 il, ABŞ-ın İran sanksiyalarını pozduğu üçün 20 il, bank saxtakarlığı üçün 30 il və "çirkli pullar"dan istifadə üçün 20 il olmaqla ümumi 75 il həbsi istənilib.

Martın 19-da həbs edilən iş adamları 2010-2015-ci illərdə ABŞ-da gördüyü qeyri-qanuni biznes işlərinə görə məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qarşıdakı günlərdə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddətdir Rza Zerrabın həyat yoldaşı, müğənni Ebru Gündeşdən boşanacağı şayiələri də gəzir.(axsam.az)
.