Gəncə Şəhər Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına isə 3 fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə daxil olan şəxslərdən isə 37 nəfərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3-ü uşaq olmaqla 15 nəfərin müalicəsi davam etdirilir.

.