Dünyanın bir çox tanımadığınız yerləri var ki, insanlar çətin coğrafi şərtlər altında yaşayır. Yenizaman.az həmin ada və qəsəbələri təqdim edir.
Sakit okeanda Avstraliyanın şimalında, Ekvador və Marşal adalarının cənubunda yerləşən Nauru Respublikası ərazisinə görə dünyanın ən kiçik ada ölkəsidir. 21 kvadrat km ərazisi olan adanın əhalisi isə 9 min nəfərdir. Nauru bu göstərici ilə Vatikandan sonra ən az əhalisi olan ölkə hesab olunur. Naura Respublikasının paytaxtı və şəhərləri yoxdur. Yalnız müəyyən bölgələr var. Ölkənin ən yaxın qonşusu 300 km şərqdə yerləşən Kiribatinin Banaba adasıdır.
ABŞ-ın Arizona ştatında yerləşən Supai kəndinin ətraf aləmlə demək olar ki, əlaqəsi yoxdur. Qızıl dərililərin yaşadığı kənd Böyük Kanyonun şimal-qərbində və sərt qayalıqların dibində yerləşir. Supaiyə getmək üçün ya helikopter, ya da uzun kilometrlərlə davam edən dağ yolunu keçmək lazımdır. XXI əsrdə bu kəndə poçt xidməti qatırların vasitəsi ilə göstərilir. Kənddə 500 nəfər yaşayır.
Yeni Zellandiya və Antraktida arasında yerləşən bu Makuari adası fok balqları, albatroslar, pinqivinlər də daxil olmaqla müxtəlif vəhşi heyvanların yaşadığı yer olaraq tanınır.
Kanadanın Nunavut bölgəsinin ucunda yerləşən Alert Şimal qütbünün 800 km altında yerləşən bir qəsəbədir. Şimal qütbünə ən yaxın insanların yaşadığı qəsəbədə tempratur -40 dərəcəyə qədər düşür. Burda 24 saat gecə və 24 saat gündüz olur. Ən yaxın qonşusu 210 km aralıdakı bir balıqçı qəsəbəsi olan Alertdə Kanadanın hava laboratoriyası yerləşir.
Sakit okeanın əlçatmaz adalarından olan Pitkairnə nə yerli xalq, nə də araşdırmaçılar var. Adanın ən yaxın qonşuları olan Qambyer adaları və Taiti ilə aralarında yüzlərlə km məsafə var. Pitkairnin sakinləri 1784-cü ildə dənizə daxil olan ingilis "HMS Bounty" yük gəmisinin dənizçilərdir. 1789-cu ildə adaya çatan gəmidə üsyan başlayıb və kapitanları devirən 50 dənizçi bu adada yaşamağa başlayab. Hazırda adada yaşayan və əkinçiliklə məşğul olan 100-ə yaxın insan həmin dənizçilərin nəslinin davamçılarıdır.
Hind okeanındakı kiçik bir adalar qrupunda yer alan Kerquelen adalarına hava yolu ilə getmək mümkün deyil. Adaya getmək üçün Madaqasqardakı Reunion adasından 6 günlük kiçik gəmilərlə yola çıxmaq lazımdır. Kerquelenin yerli əhalisi yoxdur. Burda Fransadan gələn araşdırmaçılar yaşayır. 1776-cı ildə Ceyms Kuk tərəfindən kəşf olunan adadan Fransa hava hücumundan müdafiə məqsədi ilə istifadə edir.
Təxminən 2,2 milyon kvadrat metrlik ərazisi olan Qrellandiya dünyanın ən böyük adası hesab olunsa da, burda cəmi 57 min insan yaşayır. Adanın ən əlçatmaz yeri İslandiyanın şimalındakı İttoqqortoormiit qəsəbəsidir. Burda əhali balçıqçılıq və ovçuluqla məşğul olur. Qəsəbə Qrellandiyanın İngiltərə böyüklüyündəki bir rayonunda yer alır. İttoqqortoormiitdə cəmi 500 nəfər yaşayır. Qəsəbədə hər adama 388 km ərazi düşür.
Tristan da Kunha dünyada insanların yaşadığı yerə ən uzaq ada hesab olunur. Adanın əhalisi 275 nəfərdir. 1656-cı ildə kəşf edilən əlçatmaz adaya ən yaxın yer 2000 km uzaqdakı Sent Helena hesab olunur. 1800-cü ildən İngiltərə ərazisi hesab olunan adaya yeganə yol 3200 km məsafədəki Cənubi Amerika sahillərindən gəmi yoludur.
Perudakı And dağlarında yer alan La Rinkonada bəlkə də Cənubi Amerikanın ən əlçatmaz yeridir. Dəniz səviyyəsindən 5 min 200 metr yüksəkdəki kiçik qəsəbə donmuş buz təbəqəsinin üstündə yerləşir. La Rinkonadaya yeganə yol günlərlə qarlı və yağışlı havanın hökm sürdüyü avtomobil yoludur. Çətin coğrafi şərtlər yaşayışı nə qədər çətinləşdirsə də, La Rinkonadada qızıl mədənlərində çalışan 30 min insan yaşayır.
Qışda -51 dərəcə şaxtanın olduğu Oymyakon kəndi dünyanın ən soyuq nöqtələrindən biridir. Maraqlıdır ki, kəndin adı "donmamış su" deməkdir. Bunun səbəbi isə kənddən yerdən çıxan termal su mənbələrinin olmasıdır.



İttoqqortoormiit qəsəbəsi
.