Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin avtomobil yollarında vəziyyət barədə yaydığı məlumatda bildirilib.

Yağıntılı və dumanlı hava şəraiti

Qeyd olunub ki, mayın 25-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

.