Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Türkiyənin habertürk agentliyi tərəfindən Türkiyə və Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı yayılan məlumatı öyrənir.
Virtualaz.org-un məlumatına görə, bunu DTX -nın İctimaiyyətlə Əlaqələr Mərkəzin rəhbəri Arif Babayev deyib.
Onun sözlərinə görə, DTX İŞİD üzvü olan Rusiya vətəndaşı İsa Tupolovun Azərbaycanda və Türkiyədə teraktlar hazırlaması barədə məlumatı öyrənir.
"Təhlükəsizlik Xidməti digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və milli təhlükəsizliyinə yönələ biləcək təhlükələrə qarşı bütün zəruri tədbirləri görür", - deyə, A.Babayev vurğulayıb.
.
